Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 12 oktyabr tarixində APA məlumat verib.
“AzSamand” markalı avtomobilin sürücüsü yeraltı tuneldə yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan “Kia” markalı avtomobilə, “Kia” isə zərbənin gücündən “BMW” markalı avtomobilə çarpılıb.
Hadisə nəticəsində “AzSamand”da olan bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_74270" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]