Bakıdan istirahətə gedən yeniyetmə Lerikdə körpüdən yıxılıb. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Paytaxtın Yasamal rayonundan ailə Lerikə istirahətə gedib. Burada 14 yaşlı H.B. körpüdən yıxılaraq ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Yeniyetmənin müalicəsi davam edir.