Paytaxtın iki rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sabunçu rayonunda ümumi sahəsi 30 kv.m tikili tamamilə yanıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Xətai rayonunda isə ümumi sahəsi 20 kv.m olan meyvə-tərəvəz mağazası 10 kv.m sahədə yanıb. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.