Heydər Əliyev Aeroportunda ölkəyə qanunsuz qızıl-zinət əşyaları salmaq istəyiblər. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Gömrük əməkdaşları qanunsuz yolla 31 ədəd bağlamada, ümumi çəkisi 8 kiloqram 400 qram olan qızıl-zinət əşyaları aşkar ediblər.
Yoxlama zamanı məlum olub ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşı qızılları pasport yoxlanış keçid məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işçisinə veriblər. O isə həmin qızıl-zinət əşyalarını zibil və salfetka qablarında gizlədib.
Faktla bağlı araşdırmalar davam edir.