Paytaxtın Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə Bakı–Ələt–Astara yolunda qeydə alınıb. “Ford Fusion” markalı avtomobil hərəkətdə olan zaman ön hissəsi alışıb.
Əraziyə polis və FHN əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.