Bakı-Ələt yolunda yük avtomobili qəza törədib. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az sosial şəbəkələrdə yayılan videogörüntülərə istinadən xəbər verir.
İlkin məlumata əsasən, maye daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetməni itirib və yolayrıcına çırpılıb.
Xəsarət alanlar barədə məlumat yoxdur. Araşdırma davam edir.