Bakı metrosunda "Həzi Aslanov” - “Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda olan 60-65 yaşlı sərnişinin halı pisləşərək ölümə səbəb olub. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Hadisə ilə bağlı dərhal maşinistə məlumat verilib. Sərnişin “Qara Qarayev” stansiyasında qarşılanıb, təcili tibbi yardım çağırılıb. Metropoliten əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilsə də, kişi təcili tibbi yardım gələnə qədər dünyasını dəyişib.