Bakıda “Koroğlu” metro stansiyasında sərnişinin halı pisləşib. Bu haqda bu gün, 7 noyabr tarixində sosial şəbəkələrə istinadən Bakuplus.az məlumat verir.
25-30 yaşlı kişi epilepsiya tutması keçirib. Stansiyada növbətçi polis işçisi və bir neçə sərnişin ona ilkin tibbi yardım göstərib.