Bakı metrosunda qatar xəttinə su sızıb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında qatar xətlərinin üzərinə su axmağa başlayıb.
“Qafqazinfo”dan verilən məlumata əsasən, Məsələ ilə bağlı Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov “Həzi Aslanov” stansiyasının xidməti otaqlarının birində su xətti borusunun zədələndiyini bildirib.
“Dərhal stansiyaya daxil olan əsas su xətti bağlanıb. Suyun tavan hissədən stansiya yoluna sızması nəticəsində sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyinə xələl gəlməyib”, – deyə qurumdan bildirilib.