Səbail və Nərimanov rayonlarında oğurluq hadisələri baş verib. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Səbail rayonunda əvvəllər məhkum olunmuş R.Bəkirov adıçəkilən rayon ərazisində bir nəfər qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Nərimanov rayonunda əvvəllər məhkum olunmuş Ç.Rəhimova bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda şübhəli bilinərək tutulub.
Hər 2 şəxs barəsində araşdırmalar davam edir.