Paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az sosial şəbəkələrə isitinadən xəbər verir.
Adıçəkilən küçənin Səməd Vurğun küçəsi ilə kəsişməsində “Nissan”, “Hyundai”, “Changan” və “Bestune” markalı avtomobillər bir-birinə çarpılıb. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.