Bakıda narkotik təsiri altında avtomobil idarə edən şəxs həbs edilib. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
77-DK-952 qeydiyyat nişanlı avtomobilin sürücüsü qəza törətdiyi üçün ona “saxla” əmri verilib. Ancaq sürücü buna məhəl qoymayaraq, paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq etməyə başlayıb və əks-istiqamətli yollara daxil olub.
Sonda 10-dan çox nəqliyyat vasitəsinə ziyan vuran sürücü Orxan Zülfüqarov saxlanılıb. Onun narkotik vasitə qəbul etdiyi məlum olub. O.Zülfüqarovun üzərindən 2,680 qram metamfetamin də aşkar edilib.
Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2024/02/video-whatsapp-2024-02-02-v-09.12.57_37ff8f521.mp4"][/video]