Ötən gecə Bakının Nəsimi, Xətai və Nərimanov rayonlarında piyadaların iştiirakilə qəzalar baş verib.
Nəsimi rayonunda yolu keçən 25 yaşlı Cavid Neymətov avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
39 yaşlı Zemfira Şərifova Xətai rayonunda yolu keçən zaman avtomobil onu vurub. Yaralı bəbənin müxtəlif dərəcəli əzikləri diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Nərimanov rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil yolu keçən Lidya Dementyevanı vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
16 yaşlı Nicat Kərimov, 18 yaşlı Əli Məmmədov və 19 yaşlı Yusif Rəcəbbəyli avtomobil yolunu keçərkən avtomobil tərəfindən vurulublar. Onlar müxtəlif dərəcəli travmalar ilə xəstəxanaya yerlişdiriblər.
Hadisələrin təfərrüatları araşdırılır.