Paytaxtın Qaradağ rayonu, Bakı-Qazax şosesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən yolda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq maneəyə çarpılıb. Nəticədə sürücü İmamqulu Vəliyev hadisə yerində dünyasını dəyişib. Onun övladları Yusif Vəliyev, Ömər Vəliyev və Aysel Vəliyeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam edir.