Bakı–Quba pullu yolunda qəza baş verib. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsinin Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini, 35 yaşlı xanım sürücü “Kia Sportage” markalı 99-TA-076 dövlət qeydiyyat nişanlı minik avtomobilini yol kənarındakı beton maneəyə çarpıb. Nəticədə maşın aşıb. Sərnişin olan 7 yaşlı uşaq müxtəlif bədən xəsarətləri alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Araşdırmalar davam edir.