Bakı–Quba yolunda ağır qəza baş verib. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə avtomagistralın Şabrandan keçən hissəsində qeydə alınıb. "Toyota" markalı minik avtomobili yolda hərəkətdə olan zaman "Shacman"a çarpılıb. Nəticədə Bakı şəhər sakini, 35 taşlı Pərvanə Quliyeva hadisə yerində ölüb.
Daha 4 nəfər – 9 yaşlı Fidan Məmmədova, 29 yaşlı Nigar Məmmədova, 16 yaşlı Nərmin Quliyeva və 10 yaşlı Ahu Quliyeva xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.