Bakı–Quba yolunda ağır qəza baş verib. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Bakı–Quba yolunun Xızı rayonundan keçən hissəsində baş verib. "VAZ-2106” və “Shacman” markalı avtomobillər toqquşub. Nəticədə minik maşınının sürücüsü Tural Mirzəyev ağır xəsarətlər alıb. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.