Bakının Binəqədi rayonunda yerləşən restoranda yanğın olub. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 350 kv.m olan restoran kimi fəaliyyət göstərən ikimərtəbəli obyektin mətbəxində fritür aparatı yanıb, havalandırma sisteminin kabelləri əriyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, tikilinin qalan hissəsi alovdan mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.