Bakı sakinində narkotik tapılıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini Natiq Baxşıyev Hacıqabul rayonu ərazisində saxlanılıb. Onun üzərində 1 kiloqram heroin, tiryək və marixuana aşkar edilib.
Dindirilmə zamanı o, sosial şəbəkədə tanış olduğu iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edib. Ona aşkarlanan narkotikləri pul müqabilində qabaqcadan təyin olunan yerə çatdırmalı olduğu bildirilib.
Faktla bağlı araşdırmalar davam edir.