Bakı sakini Lənkəran rayonunda dələduzluğa görə saxlanılıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Əliyev saxlanılıb.
O, rayon sakininə özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edərək övladını həbsdən azad etdirəcəyini vəd edib. Buna görə T.Əliyev ümumilikdə 40.000 manatdan artıq pul mənimsəyib.
Əlavə olaraq, o, digər bir Lənkəran sakininə iş yerini dəyişməkdə kömək edəcəyini deyərək ondan 5.000 manata yaxın pul alıb.
Faktla bağlı araşdırma aparılır.