Xətai rayon sakini tapança və patronları könüllü olaraq polisə təhvil verib. Bu haqda 23 noyabr tarixində AZƏRTAC məlumat verib.
Polis əməkdaşları qeyd olunan rayon ərazisində profilaktiki tədbirlər həyata keçiriblər.
Nəticədə Bakı şəhər sakini A.Əliyev evdə saxladığı “Makarov” markalı tapançanı və 31 patronu könüllü olaraq polis bölməsinə təhvil verib.
Silahın haradan əldə olunması ilə bağlı araşdırma aparılır.