Bu dəfə “Azərlotereya”nın “Qızıl” ani lotereyasında ardıcıl olaraq 2 nəfər 25000 manat qazanıb.
Bakuplus.az xəbər verir ki, şanslı şəxslərdən biri Bakı şəhər sakini Faiq Əsədullayev olub. Qalib ona 25000 manat qazandıran bileti Hövsan qəsəbəsindəki satış məntəqəsindən alıb. Təsərrüfatla məşğul olan F. Əsədullayev qazandığı pulu öz biznesinin inkişafına xərcləyəcəyini deyir.
25000 manat qazanan digər şanslı isə Qəbələ sakini Fəqan Şeydayevdir. O, uduşlu bileti Qəbələ şəhər mərkəzində yerləşən satış məntəqəsindən alıb. Mütəmadi bilet almaqla şansını sınayan F. Şeydayev bir gün qalib olacağına inanıb. O, qazandığı pula kompüter alacağını və digər zəruri ehtiyaclarını qarşılayacağını deyir.