Cəlilabad rayonunun Fərzili kəndində Bakı sakini saxlanılıb. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Məmməd Əhmədov saxlanılıb. Baxış zamanı ona məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs narkotikləri İrandan əldə etdiyini və paytaxt ərazisində satmaq niyyətində olduğunu bildirib.
M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
[caption id="attachment_131234" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]