Paytaxt sakininin bank hesabından pul oğurlanıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə verilən məlumat görə, vətəndaşın bank hesabından 108 manat oğurlanıb. Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Amir Muradov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.