Narkokuryer Bakı sakinləri Yardımlıda tutulublar. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı paytaxt sakinləri Bədir Mürsəlov, Şəhriyar Əndəlifov və Mahir Abdullayev Yardımlı ərazisində saxlanılıblar. Onlardan ümumilikdə 15 kiloqram marixuana və metadon həbləri aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.