Quba-Qəçrəş yolunda Bakı sakininin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az ShimaNews-a istinadən xəbər verir.
Hadisə “Aynur” restoranının yaxınlığında qeydə alınıb. “Ford” markalı avtomobil 61 yaşlı Vüsalə Mehdiyevanı vurub.
Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qadının vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.