Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vurub. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə şosenin Binəqədi rayonu ərazisindən keçən hissəsində baş verib. 27 yaşı Nərgiz Səfərli avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə gənc qız ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.