Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Kia” markalı avtomobil Ekologiya postunun qarşısında hərəkətdə olan zaman idarəetmədən çıxaraq eyni istiqamətdə gedən “Nissan” markalı avtomobilə çarpılıb. Sonuncu əks yola çıxaraq “Mercedes Vito” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmaya başlanılıb.
[URIS id=91998]