Bakı-Sumqayıt şosesinin Binəqədi rayonuna düşən hissəsində bıçaqlanma baş verib. Bu haqda BakuPlus.az bu gün, 18 noyabr tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
“Toyota” markalı avtomobilin sürücüsü 23 yaşlı Tural Rəhimov avtomobilə sərnişin qismində əyləşən 34 yaşlı Əli Vəliyevə çoxsaylı xəsarətlər yetirib. Yaralı sol diz və sol kürək nahiyəsinin xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Vəliyev kürəkən tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırmalar davam etdirilir.