Bakı və ölkə ərazisində sakinlər könüllü olaraq, silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Fevralın 22-də polis əməkdaşları paytaxtda və ölkənin müxtəlif rayonlarında avtomat silahı, 2 tapança, 5 qumbara, 5 alışdırıcı, 11 müxtəlif markalı tüfəng, 2 patron darağı və 218 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.