Bakının Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində iki avtomobil toqquşub. Bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 14 noyabr tarixidnə APA məlumat verib.
“Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “BMW” markalı maşına çarpılıb. “Hyundai”-da olan sərnişin xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb.
Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin olunub.
[caption id="attachment_78907" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]