Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
32 yaşlı Elvin Məmmədov binanın həyətində öz avtomobilini park edən zaman qonşusu bundan narazı olub. Nəticədə onların arasında mübahisə yaranıb və E.Məmmədov qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.