Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində naməlum şəxs gənc oğlana hücum edərək onu bıçaqlayıb. Bu haqda bu gün, 11 noyabr tarixində APA məlumat verib.
20 yaşlı Mirzaman Müzəffərov küçədə hücuma məruz qalaraq 4 bıçaq zərbəsi alıb. Yaralı döş qəfəsinin sol yarısının və sağrı nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıblar.