Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində marketdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
O.Əsədov 10 yanvar tarixində qəsəbə ərazisində yerləşən marketlərin birindən 1230 manatlıq tütün məmulatı və içində 448 manat olan seyf oğurlayıb.
Həmçinin, onun üzərindən heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.