Biləsuvarda Bakıya narkotik gətirmək istəyən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Müvafiq tədbirlər Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılıb. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Rabil Məmmədov saxlanılıb. Ondan 6 kiloqram marixuana, 1 kiloqram metamfetamin, əlavə olaraq heroin və 70 ədəd metadon həbi ələ keçirilib.
Verilən məlumata görə, aşkar olunmuş narkotik vasitələrin İran vətəndaşlarından əldə edilərək paytaxtda satışı planlaşdırılıb.