Nərimanov rayonunda yerləşən özəl klinikada yeni doğulmuş körpə ölüb. Bu haqda 14 noyabr tarixində Qafqazinfo məlumat verib.
Noyabrın 12-də “Baku Medical Plaza”da 28 yaşlı Mehriban İsayeva hamiləliyin sonunda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Doğulan körpə 1 sutka sonra xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.