Bakının Səbail rayonunda “BakuBus” MMC-yə məxsus avtobusun iştirakı ilə yol qəzası baş verib. Bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 9 noyabr tarixində APA məlumat verib.
Hadisə Neftçilər prospektində qeydə alınıb. “AzSamand” markalı avtomobilin sürücüsü idarəetməni itirərək Depo istiqamətində hərəkətdə olan sərnişin avtobusuna çarpılıb.
Hadisə nəticəsində minik avtomobilində olan sərnişin xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Avtomobilə avtotexniki ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır.