Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 19 sentyabr tarixində xəbər verir.
Rayonun Yusif Səfərov küçəsində - "Sevgi" parkının qarşısında "BakuBus" MMC-yə məxsus 2 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobus "Chevrolet" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisənin səbəbləri araşdırılır.