Piyadanı vuraraq öldürən "BakuBus" MMC-nin sürücüsü hadisə yerindən qaçıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 10 noyabr tarixində xəbər verir.
Noyabrın 9-da Yasamal rayonunda 30 yaşlı Valeh Məmişov idarə etdiyi "BakuBus" MMC-yə məxsus "BMC" markalı avtobusla hərəkətdə olarkən yolu keçmək istəyən 84 yaşlı Qesabulla Dadayevi vuraraq hadisə yerindən uzaqlaşıb.
Nəticədə Q.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta bağlı Yasamal Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.