Sabunçu rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb. 18 yaşlı gənc aralarında yaranan münaqişə zamanı öz həmyaşıdı olan Rəşid İmanovu bıçaqla qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.