Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş vermiş yol qəzası zamanı iki nəfər yaralanıb. Bu haqda bu gün, 16 noyabr tarixində APA məlumat verib.
“Chevrolet” markalı minik avtomobilini idarə edən sürücü manevr qaydalarını pozub və Namiq Nəbiyevə məxsus “Man” markalı yük avtomobilinə çarpılıb.
Zərbənin gücündən minik avtomobilinin sürücüsü Sultan Məmmədyarov və sərnişini Kənan Əliyev ağır xəsarətlər alıblar. Hər iki şəxs 3 saylı xəstəxanaya çatdırılıb. Məmmədyarovun vəziyyəti kritik kimi qiymətləndirilir, xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə zamanı minik avtomobili deformasiyaya uğrayıb. Faktla bağlı avtotexniki ekspertiza təyin olunub.
[caption id="attachment_79256" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]