Bakının Xəzər rayonunda qadının bank kartından pul oğurlanıb. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın saxlanılıb.
Hadisənin təfərrüatı araşdırılır.