Bakıda bank kartından oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı bir nəfər qadın paytaxt sakininin bank kartından 1500 AZN pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.