top
Baxımsız qalan şüşə qırıqları uşağın xəsarət almasına səbəb olub
18 iyul 2024, 06:51
- ↺ +

Baxımsız qalan şüşə qırıqları uşağın xəsarət almasına səbəb olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 8 ünvanında yerləşən binanın sakinləri binanın qəzalı vəziyyətdə olmasından şikayətlənirlər. Yerli sakinlərin sözlərinə əsasən, “Maşınqayırma MTK”-nın tikdirdiyi blokun qapısının şüşəsinin sınması övladlarının həyatı üçün təhlükə yaradıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Analoji hadisə bir neçə gün əvvəl də qeydə alınmışdı. Azyaşlıların üzərinə düşən şüşə qırıqları uşaqlara xəsarət yetirib: “Uşaqlar blokun qarşısında oynayırmışlar. Hadisə də elə bu vaxt baş verib. Qapını açmaq istəyəndə üst hissəsindəki qırıq şüşələr onların üstünə tökülüb. Nəticədə də uşaqların alın və qol nahiyələrində belə kəsiklər yaranıb. Şüşə uşaqların başına düşsə, xilas edə bilməzdik. Bundan başqa, oradan daha az yaşı olanlar, 2-3 yaşlı uşaqlar keçsəydilər, bu zərbəyə dözə bilməzdilər. Birinin başına düşsə, elə oradaca qalar. Müraciətlərimizə də baxan yoxdur”.

Məsələ ilə bağlı “Maşınqayırma MTK” problemin aradan qaldırıldığını bildirib: “Qırılmış şüşələr oradan yığışdırılıb. Amma onu da deyək ki, o uşaqlar həmin ünvanda yaşamırlar, çox nadincdirlər. Dəfələrlə onlara demişik ki, tikinti olan əraziyə getməsinlər. Valideynlərinə də xəbərdarlıq etmişik. Topla vurub qonşuların şüşələrini də qırırlar. Hər halda bu təhlükəli vəziyyət idi və həll etdik”.

“Maşınqayırma MTK” daha öncə də şikayətlərə səbəb idi. Şirkətin ərazisində tikinti işləri aparıldıqdan sonra ətraf mühit təmizlənməyib. Yığılmış tullantılar da yanğına səbəb olub.

[caption id="attachment_144099" align="alignnone" width="637"]Baxımsız qalan şüşə qırıqları uşağın xəsarət almasına səbəb olub Foto Qafqazinfo.az[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Oxşar xəbərlər