Bakının Səbail rayonu, Bayıl qəsəbəsində gənc oğlan bıçaqlanıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə 20-ci sahə adlanan ərazidə qeydə alınıb. 29 yaşlı Nicat İsmayılov tanışı ilə dava edib. Nəticədə sonuncu ona bıçaqla xəsarətlər yetirib.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.