Beynəlxalq Avtovağzalın qarşısında sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.
Tıxac Bakı - Sumqayıt yolunda, “20 Yanvar” metro stansiyası istiqamətində qeydə alınıb. Sıxlığa səbəb yolda nasaz avtomobilin qalmasıdır.
Tıxacı aradan qaldırmaq üçün əraziyə polis əməkdaşları cəlb olunublar.