Sosial şəbəkələrdə pul yığaraq beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs həbs edilib. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatlarına göndərən Yusif Əliyev adlı şəxsə qarşı Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Terrorçuluğu maliyyələşdirmə” maddəsi ilə təqsirləndirilib.