Bakıda bibisini bıçaqlayan şəxsə hökm oxunub. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 23 yaşlı Yusif Hüseynzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2022-ci ilin noyabr ayında baş verib. Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində Y.Hüseynzadə bibisi, 35 yaşlı Xəyalə Hüseynova ilə mübahisə zamanı ona 3 bıçaq zərbəsi vurub. Qadını xilas etmək mümkün olub.