Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Biləcəri daş bazarında bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
38 yaşlı Xəqani Əzizov adıçəkilən bazardakı taxta sexinin çardağında təmir işləri aparan zaman elektrik xəttinə toxunub. Cərəyan vurması nəticəsində o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.