Bakının Binəqədi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Ölkə.az-a istinadən xəbər verir.
Hadisə Biləcəri qəsəbəsində, Dəmiryol Xəstəxanasının keçmiş binası qarşısında qeydə alınıb. “Beijing X7” markalı avtomobil motokuryeri vurub. Nəticədə motosikletçi xəstəxanaya aparılıb.
Qəza səbəbindən yolda sıxlıq yaranıb. Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[video width="848" height="480" mp4="https://bakuplus.az/storage/photos/2024/07/33302.mp4"][/video]